Vətənin müdafiəsinə hazıram adlı yarışma
Zəfər Gününə həsr olunmuş yarışma keçirilib.
Məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Rahim Ağayevin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş " Vətənin müdafiəsinə hazıram " adlı yarışma keçirilib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yarışda komandalar avtomatın sürətli yığılıb-sökülməsi üzrə bacarıqlarını nümayiş etdiriblər. 11p sinfinin "Xarıbülbül" komandası 1-ci yerə, 10p sinfinin "Polad" komandası 2-ci yerə, 10a sinfinin "Göytürk" komandası isə 3-cü yerə layiq görülüb. Məktəbin direktoru Könül Məmmədli qalibləri təbrik edərək fəxri fərmanlarla təltif etmişdir.