Məktəbimizdə "Kiçik Elmi Akademiya" yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası məktəbimizin qonağı  oldu. Görüşdə məqsəd məktəbdə yeni yaradılan “Kiçik Elmi Akademiya”nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbirdə ilk öncə söz məktəbimizin direktoru Gülər xanım Bəbirovaya , daha sonra Fizika İnstitutu GAMŞ-ın sədri,  fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirova verildi.      Qafil Dəmirov  məktəbimizdə yaradılan “Kiçik Elmi Akademiya” haqqında şagirdlərimizə ətraflı məlumat verdi. O öz çıxışında bildirdiki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra aidiyyatı qurumlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasıdır. Bu cür akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Q.Dəmirov məktəblə əməkdaşlıqlarının gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib. Tədbirdə GAMŞ-ın üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova da çıxış edib. O, şagirdlərə dəstək olduqlarına görə müəllimlərə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Daha sonra isə söz Fizika İnstitutunun elmi işçisi, məktəbimizin fizika müəllimi, bu tədbirin təşkilində böyük rolu olan Aynur Qəhrəmanova verildi. Həmçinin məktəbin fizika müəllimi Günay Məmmədova “ Kiçik Elmi Akademiyanın” prezidenti seçildi.       Fizika İnstitutunun elmi işçiləri eyni zamanda Aynur Qəhrəmanova bir sıra təcrübələr nümayiş etdirdikdən sonra şagirdlərin çıxışları ilə davam etdi.       Sonda tədbirdə işirak edən şagirdlərə diplomlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi