Kiçik Akademiya

Məktəbimizdə "Kiçik Elmi Akademiya" yaradıldıAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası məktəbimizin qonağı  oldu. Görüşdə məqsəd məktəbdə yeni yaradılan “Kiçik Elmi Akademiya”nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbirdə ilk öncə söz məktəbimizin direktoru Gülər xanım Bəbirovaya , daha sonra Fizika İnstitutu GAMŞ-ın sədri,  fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirova verildi.      Qafil Dəmirov  məktəbimizdə yaradılan “Kiçik Elmi Akademiya” haqqında şagirdlərimizə ətraflı məlumat verdi. O öz çıxışında bildirdiki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra aidiyyatı qurumlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasıdır. Bu cür akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Q.Dəmirov məktəblə əməkdaşlıqlarının gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib. Tədbirdə GAMŞ-ın üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova da çıxış edib. O, şagirdlərə dəstək olduqlarına görə müəllimlərə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Daha sonra isə söz Fizika İnstitutunun elmi işçisi, məktəbimizin fizika müəllimi, bu tədbirin təşkilində böyük rolu olan Aynur Qəhrəmanova verildi. Həmçinin məktəbin fizika müəllimi Günay Məmmədova “ Kiçik Elmi Akademiyanın” prezidenti seçildi.       Fizika İnstitutunun elmi işçiləri eyni zamanda Aynur Qəhrəmanova bir sıra təcrübələr nümayiş etdirdikdən sonra şagirdlərin çıxışları ilə davam etdi.       Sonda tədbirdə işirak edən şagirdlərə diplomlar verildi.

Ətraflı

“Robotlar ekologiya keşiyində”dir16-20 Noyabr 2018-ci il tarixləri arasında Schlumberger şirkəti tərəfindən təşkil olunan “SEED” proqramı çərçivəsində həyata keçirilən növbəti ekologiya həsr edilmiş seminarın bu ilki mövzusu “Robotlar ekologiya keşiyində”dir. Xatırladaq ki, hər il ənənə halını alan Schlumberger şirkətinin təşkil etdiyi seminarın Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə keçirilməsinin səbəsi məktəbin biologiya müəllimi Musayeva Samirə Mirsədir qızının həmin şirkətin keçirdiyi qrand müsabiqəsində I yerə layiq görülməsidir ki, bunun nəticəsində də hər il ekologiya ilə bağlı seminarlar keçirilir. “Robotlar ekologiya keşiyində” adlı seminarda qruplar şəklində yarışan şagirdlər ilk öncə Scratch proqramı vasitəsilə robotun görəcəyi işin animasiyasını, daha sonra isə “Arduino” proqramı vasitəsilə hərəkət edə bilən və müxtəlif funksiyaları yerinə yetirən robotlar hazırladılar. Xatırladaq ki, məktəbimizdə V və VI sinif şagirdləri informatika fənnini yeni formatda öyrənir. “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihələndirmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Bu məqsədlə bu ilki ekoloji seminarda ilk dəfə olaraq Scratch layihənin hazırlanması VI sinif şagirdlərinə həvalə olundu.

Ətraflı

"Sabahın alimləri" VIII Respublika müsabiqəsiMəktəbimizin Xb sinif şagirdləri Xosrovlu Afiəddin və Nəcəfov Səxavət "Sabahın alimləri" VIII Respublika müsabiqəsində mühəndislik nominasiyasında iştirak etmiş və layihələri növbəti tura vəsiqə qazanmışdır. Şagirdlərimizi ürəkdən təbrik edirik.

Ətraflı

“Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım”  13 Mart tarixində məktəbimizdə “Mənə dayaq nöqtəsi  verin, dünyanı yerindən oynadım”  adlı Fizika Gecəsi  keçirildi.Yarışda müxtəlif cür laborator  təcrübələr aparıldı. Şagirdlər fizikanı digər fənlərlə əlaqələndirərək müxtəlif səhnəciklər hazırlamışdılar. Həmin səhnəciklərdə məhşur fiziklər Şarl Kulon, İsaak Nyuton, İbn Sina və digərlərinin obrazları canlandırılmışdır. Bundan əlavə “Sabahın alimləri” müsabiqəsində iştirak etmiş və final mərhələsinə qədər yüksəlmiş məktəbimizin şagirdləri Afiəddin Xosrovlu və Səxavət Nəcəfov çıxış edərək öz kiçik təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda şagirdlər komandalara bölündülər və onlar arasında bilik yarışı keçirildi. Qaliblər Fəxri fərmanla təltif olundular.

Ətraflı

“Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumatCəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirinin 63 nömrəli əmri ilə təsdiq edilmiş, “Kiçik Akademiya” haqqında olan əsasnaməsi 2015-ci il tarixindən icrasına başlanılmışdır. Təhsilin inkişafında əsaslı nəticələrin əldə olunmasına şərait yaratmışdır. Müxtəlif aspektlərdə aparılan islahatlar məktəbimizin rəhbərliyi və pedaqoji heyəti bu əsasnamənin tələblərini həyata keçirərək 2018/2019-cu dərs ilində məktəbin X sinif şagirdlərini bu layihəyə cəlb etmişlər.Çox sevincli haldır ki, məktəbimizin şagirdləri bu layihədə final mərhələsinə iştirak etdiklərini bildirmişdir. Bu hadisə həm məktəb rəhbərliyini, həm də müəllim və şagird heyətini bu istiqamətdə növbəti illərdə daha səylə çalışmağa sövq etmişdir. Rəhbərlik,məktəb üzrə “”Kiçik Akademiya”nın prezidenti və metodbirləşmə rəhbərlərinin birgə qərarına əsasən növbəti dərs ili üçün 10 C sinif şagirdi Samirə Məmmədovaya “Texnologiya və ekologiya”,10 A sinif şagirdi Ləman İbrahimovaya “Nəsimi yaradıcılığı Şərq aləmlərinin araşdırmalarında” 8 D sinif şagirdi Nərmin Tağızadəya “”Azərbaycanda multikultiralizim” mövzularında şagirdlərə müəyyən tapşırıqlar verilmişdir.Qeyd olunanlarla yanaşı məktəbdə müxtəliftəhsil səviyyələrində təhsil alan şagirdlərdə bu layihəyə maraq yaratmaq məqsədi ilə müxtəlif səpkidə bir çox məktəbdaxili tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ətraflı
HAQQIMIZDA

Məktəb 1963-cü ildən birtipli layihə ilə tikilmiş, 960 şagird yerlik binada fəaliyyət göstərir.2008-ci ildə 12 otaqlı 240 şagird yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev...

BİZİM FƏXRLƏRİMİZ

Süsən Orucova Azər

Elvin Hüseynov Elçin

HAQQIMIZDA

Məktəb 1963-cü ildən birtipli layihə ilə tikilmiş, 960 şagird yerlik binada fəaliyyət göstərir.2008-ci ildə 12 otaqlı 240 şagird yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev...

BİZİM FƏXRLƏRİMİZ

Süsən Orucova Azər

Elvin Hüseynov Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi