“Robotlar ekologiya keşiyində”dir

16-20 Noyabr 2018-ci il tarixləri arasında Schlumberger şirkəti tərəfindən təşkil olunan “SEED” proqramı çərçivəsində həyata keçirilən növbəti ekologiya həsr edilmiş seminarın bu ilki mövzusu “Robotlar ekologiya keşiyində”dir. Xatırladaq ki, hər il ənənə halını alan Schlumberger şirkətinin təşkil etdiyi seminarın Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə keçirilməsinin səbəsi məktəbin biologiya müəllimi Musayeva Samirə Mirsədir qızının həmin şirkətin keçirdiyi qrand müsabiqəsində I yerə layiq görülməsidir ki, bunun nəticəsində də hər il ekologiya ilə bağlı seminarlar keçirilir. “Robotlar ekologiya keşiyində” adlı seminarda qruplar şəklində yarışan şagirdlər ilk öncə Scratch proqramı vasitəsilə robotun görəcəyi işin animasiyasını, daha sonra isə “Arduino” proqramı vasitəsilə hərəkət edə bilən və müxtəlif funksiyaları yerinə yetirən robotlar hazırladılar. Xatırladaq ki, məktəbimizdə V və VI sinif şagirdləri informatika fənnini yeni formatda öyrənir. “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihələndirmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Bu məqsədlə bu ilki ekoloji seminarda ilk dəfə olaraq Scratch layihənin hazırlanması VI sinif şagirdlərinə həvalə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi