“Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım”

  13 Mart tarixində məktəbimizdə “Mənə dayaq nöqtəsi  verin, dünyanı yerindən oynadım”  adlı Fizika Gecəsi  keçirildi.Yarışda müxtəlif cür laborator  təcrübələr aparıldı. Şagirdlər fizikanı digər fənlərlə əlaqələndirərək müxtəlif səhnəciklər hazırlamışdılar. Həmin səhnəciklərdə məhşur fiziklər Şarl Kulon, İsaak Nyuton, İbn Sina və digərlərinin obrazları canlandırılmışdır. Bundan əlavə “Sabahın alimləri” müsabiqəsində iştirak etmiş və final mərhələsinə qədər yüksəlmiş məktəbimizin şagirdləri Afiəddin Xosrovlu və Səxavət Nəcəfov çıxış edərək öz kiçik təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda şagirdlər komandalara bölündülər və onlar arasında bilik yarışı keçirildi. Qaliblər Fəxri fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi