“Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat

Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirinin 63 nömrəli əmri ilə təsdiq edilmiş, “Kiçik Akademiya” haqqında olan əsasnaməsi 2015-ci il tarixindən icrasına başlanılmışdır. Təhsilin inkişafında əsaslı nəticələrin əldə olunmasına şərait yaratmışdır. Müxtəlif aspektlərdə aparılan islahatlar məktəbimizin rəhbərliyi və pedaqoji heyəti bu əsasnamənin tələblərini həyata keçirərək 2018/2019-cu dərs ilində məktəbin X sinif şagirdlərini bu layihəyə cəlb etmişlər.Çox sevincli haldır ki, məktəbimizin şagirdləri bu layihədə final mərhələsinə iştirak etdiklərini bildirmişdir. Bu hadisə həm məktəb rəhbərliyini, həm də müəllim və şagird heyətini bu istiqamətdə növbəti illərdə daha səylə çalışmağa sövq etmişdir. Rəhbərlik,məktəb üzrə “”Kiçik Akademiya”nın prezidenti və metodbirləşmə rəhbərlərinin birgə qərarına əsasən növbəti dərs ili üçün 10 C sinif şagirdi Samirə Məmmədovaya “Texnologiya və ekologiya”,10 A sinif şagirdi Ləman İbrahimovaya “Nəsimi yaradıcılığı Şərq aləmlərinin araşdırmalarında” 8 D sinif şagirdi Nərmin Tağızadəya “”Azərbaycanda multikultiralizim” mövzularında şagirdlərə müəyyən tapşırıqlar verilmişdir.Qeyd olunanlarla yanaşı məktəbdə müxtəliftəhsil səviyyələrində təhsil alan şagirdlərdə bu layihəyə maraq yaratmaq məqsədi ilə müxtəlif səpkidə bir çox məktəbdaxili tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi