"Bahar çələngi" adlı silsilə Novruz tədbirləri

Məktəbimizdə "Bahar çələngi" adlı silsilə Novruz tədbirləri keçirilmişdir.

Bu məqsədlə 18 mart 2022-ci il tarixində saat 11:00-da məktəbin akt zalında təntənəli şəkildə bayram şənliyi keçirildi. Bayram şənliyində ədəbi-bədii kompozisiyalar, konsert proqramları, milli rəqslər, aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə kiçik səhnəciklərin nümayişi təqdim edildi. Novruz adət-ənələrini əks etdirən kiçik video-roliklər göstərildi.

Həmçinin tədbirimizdə xalqımızın əziz bayramı olan Novruz bayramının adət-ənənələri haqqında şagirdlərə ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi