600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib

6 sentyabr 2024-cü il tarixində Mərdəkan Mədəniyyət Sarayında 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.  Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri,  şöbə müdirləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova, təhsil müəssisələrinin direktorları iştirak etmişlər. Tədbirdə tələbə adını qazanmış gənclər, o cümlədən məktəbimizin şagirdi Abbaszadə Mələk Natiq qızı da Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələrlə təltif edilmişdir. Qeyd edək ki, Mələk XI sinfi də fərqlənmə attestatı ilə bitirib. Şagirdimizi təbrik edir, ona təhsil həyatında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi