"Aşıq Ələsgər və folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2021-ci ilin oktyabr-dekabr aylarında "Aşıq Ələsgər və folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi keçirilmişdir.

10 mart 2022-ci il tarixində müsabiqə qaliblərinin mükafatlandırılması keçirildi.

Mükafatlandırma tədbirində məktəbimizin VIII sinif şagirdi Qurbanova Aysun Ramil qızı şeir nominasiyası üzrə və IX sinif şagirdi Həsənzadə Yaqut Hikmət qızı mahnı nominasiyası üzrə tərifnamə ilə təltif edildilər.

Şagirdlərimizi və onların müəllimləri G. Rəhimli və Ə. Quliyevanı təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi