Ümumdünya Mülki Müdafiə Günü

Təhsil müəssisələrində Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub.

Bildiyimiz kimi, 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması səbəbilə hər il təqvimdə bu gün Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günün əhəmiyyətini anlatmaq məqsədilə bir çox təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Mirxasov Alim müəllim tərəfindən dərslər təşkil olundu, şagirdlərimizə fövqəladə hallar zamanı yaranan təhlükənin qarşısının alınmasında görülməli olan işlər izah edildi, onlara təhlükə zamanı necə davranmalı olduqları və yardım vəsaitlərindən necə istifadə etmələri öyrədildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi