Xocalı müasir tariximizin ən dəhşətli səhifəsidir.

O qanlı, qadalı günlərdən artıq 30 il keçir. 30 ildir ki, bu acı ilə yaşayırıq.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

O acılı, ağrılı gündən 30 il ötməsinə baxmayaraq, xalq olaraq o günün ağrısını, yükünü hər zaman çiyinlərimizdə daşımalı, yaşanan tarixi faciəni unutmamalı, unutdurmamalıyıq.

Bu məqsədlə məktəbimizdə də silsilə tədbirlər təşkil edilmiş, dərslərdə şagirdlərimizlə bu mövzuda söhbətlər aparılmış, şagirdlərimizin çəkdiyi şəkillərdən sərgi təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi