Yarıyev Cavidan Gülbala oğlu-1998-ci ildə Bakı şəhərində Xəzər rayonunda anadan olub. 2005-ci ildə 230 saylı orta məktəbin I sinfinə qəbul olunub. Hal- hazırda məktəbin 10-cu sinfində təhsil alır. 2007-ci ildən idmanın müxtəlif növləri ilə məşğul olur. 2014-cü ildən ağır atletika ilə məşğul olur. Bir il ərzində müxtəlif yarışlarda iştirak etmişdir. "Spartak" KBTİCRŞ-nın açıq birinciliyində II yerə, Təhsil RİM-nin Respublika birinciliyində I yerə layiq görülmüşdür. Hal-hazırda məktəbdə təhsilini davam etdirməklə yanaşı idmanla da məşğul olur.