Şagirdlərimizin qələbə bülletenləri

BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzinin ümumtəhsil müəssisələrinə "məktəb bülletenləri"nin hazırlanması istiqamətində verdiyi tövsiyələrə əsasən uşaq və gənclərdə milli vətənpərvərlik işinin səmərəliliyini artırmaq, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimizlə bağlı insanları daha artıq məlumatlandırmaq istiqamətində görülən işlərə şagirdlərimiz də qoşulub. Onların hazırladıqları bülletenlərdə 30 ilə yaxın müddətdə işğal altında qalan mədəni irsimiz müxtəlif istiqamətlərdə hazırladıqları təsvirlərdə öz əksini tapmışdır. Biz inanırıq ki, qarşıdakı illərdə ordumuzun azad etdiyi müqəddəs torpaqlarda abadlıq işləri aparılandan sonra o torpaqlara şagirdlərimizi ekskursiyaya aparacağıq. Onlar bu gün təsvirlərdən, internet resurslarından əldə etdikləri məlumatlarla birbaşa yerindəcə tanış olacaq, torpaqlarımızın çiçəklənməsinə öz töhfələrini verəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi