15 May – Beynəlxalq Ailə Günü

15 May – Beynəlxalq Ailə Günü münasibətilə məktəbimizdə UBTR Sevinc Əliyeva və məktəb psixoloqu Səbiyə Xalıqovanın birgə təşkilatçılığı ilə 2a sinfi ilə maarifləndirici və tərbiyəvi iş aparılıb.
Tədbir çərçivəsində şagirdlərlə ailənin önəmi, valideynə sevgi və hörmət, ailə dəyərləri barədə söhbətlər aparılıb, şagirdlər öz fikirlərini bölüşüblər. Görüşün davamında uşaqlar ailələrinə ünvanladıqları səmimi məktubları yazaraq duyğularını ifadə ediblər.
Tədbirin məqsədi şagirdlərdə ailəyə bağlılıq hissinin gücləndirilməsi, ailədaxili münasibətlərin əhəmiyyətinin aşılanması və sosial-emosional inkişaflarına töhfə verməkdən ibarət olub.