Maarifləndirici görüş keçirilib

Məktəbin psixoloqu Səbiyə Xalıqova tərəfindən IV-VI sinif şagirdləri ilə 17-18 may tarixində keçiriləcək monitorinq qiymətləndirməsi ilə əlaqədar olaraq maarifləndirici söhbət aparıllıb. Görüş zamanı şagirdlərə qiymətləndirmə prosesinə psixoloji hazırlıq, stressin idarə olunması, diqqətin cəmlənməsi və imtahan zamanı vaxt bölgüsünün düzgün təşkili barədə ətraflı məlumat verilib.
Söhbətin məqsədi şagirdlərin monitorinq qiymətləndirməsinə daha hazırlıqlı və motivasiyalı şəkildə yanaşmalarını təmin etmək, onların özlərinə inam hissini gücləndirmək və mənfi emosiyaların öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.
Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fəal müzakirələr aparılıb və onların sualları cavablandırılıb.