“Annotasiya” üzrə dərs tədris edilib

4ç sinfində Sevil Əliyeva məktəbin kitabxanasında “Annotasiya” mövzusunda dərs tədris edib. Müəllim şagirdlərə “Annotasiya” haqqında məlumat verib. Bildirib ki, annotasiya kitab və onun müəllifi haqqında verilən qısa məlumatdır. Nəşrin fərqləndirici xüsusiyyətlərini, yerini və zamanını nominativ formada göstərir. Əsasən müəllif tərəfindən yazılır və məqsədi 1 neçə cümlə ilə şərh edir. Bu məlumat oxucuda kitaba marağı artırır.
Müəllimin çıxışından sonra şagirdlərə Sevinc Nuruqızının qələmə aldığı “Melisa” nağıl-povesti təqdim olunub və şagirdlərlə annotasiya üzrə müzakirə edilib.
Məktəb rəhbərliyinin də iştirak etdiyi dərs həm rəhbərlik, həm də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.