Şəhid Leytenant Elnur Vəliyev yad edilib

2A sinif şagirdləri müəllimləri Pərvanə Əhmədovanın rəhbərliyi ilə Şəhid Leytenant Elnur Vəliyevin yad ediblər. Şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərimiz və Vətən haqqında şeirlər şagirdlərin ifasında səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, hörmət və ehtiramla yad etmək, şagirdlərə isə vətənpərvərlik hissini aşılamaq olub.
Qeyd edək ki, E.Vəliyev Xocavənd uğrunda gedən döyüşlərdə Vətən müharibəsində şəhid olub. Şəhadətindən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.