Hərbi əməliyyatlarda riyazi hesablamalar

Məktəbin hərbi rəhbəri,  qazi Qədir Daşdəmirov çağırışaqədərki hazırlıq dərsini 11ç sinfində riyaziyyat dərsi ilə inteqrasiyasını qurub.

2.2.1 standartına uyğun “Minlik düsturu” mövzusunda tədris olunan dərsdə məqsəd minlik düsturundan istifadə edərək hədəfə qədər olan atış məsafəsini təyin etmək idi. Riyaziyyat müəllimi Nəriman Əliyev “Hərbi əməliyyatlarda riyazi hesablamalar” bölməsini izah edib. Hərbi hissəni isə izah edən Q.Daşdəmirov riyazi hesablamalar hissəsində izahı N.Əliyevə ötürürdü.

Məktəbin direktoru Vüsalə Məmmədova, direktor müavinləri Lalə Tağıyeva, Şəfəq Ələsgərova tərəfindən dinlənilən dərs çox maraqlı keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi