Tək inci

229 nömrəli tam orta məktəbdə “Şuşa İli” çərçivəsində Prezident İlham Əliyevin sərəncamına əsasən, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş tədbir keçirilib.

Məktəbdə Missiya Media Qrupu və Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə təşkil olunmuş “Tək inci” adlı tədbir “Açıq dərs və açıq fikir” layihəsi çərçivəsində reallaşıb.

Şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin təmsilçiləri, deputatlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi "Açıq dərs"də əvvəlcə qonaqlara məktəbin foyesində tarixi motivlər əsasında bədii kompozisiya təqdim olunub. Daha sonra şagirdlərinin əl işlərindən ibarət sərgiyə və Qarabağ mətbəxinə aid nümunələrə baxış keçirilib.

Bədii hissənin ardınca məktəbin akt zalında "Açıq dərs" formatlı bilik yarışı təşkil olunub. Yuxarı sinif şagirdləri Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair 25 sualı cavablandırıblar. Alimlərdən və ictimaiyyət nümayəndələrindən ibarət münsiflər heyəti xüsusi fəallığı və dəqiq cavabları ilə seçilən üç şagirdi müəyyən edib və onlara məktəbin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Missiya Mediya Qrupunun diplomları və hədiyyələrini təqdim ediblər.

Tədbirdə şagirdlərin iştirakı ilə Qarabağ xanlığının tarixini əks etdirən müxtəlif səhnəciklər də yer alıb.

Yekunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəbimizin rəhbərliyi, millət vəkilləri, rayon icra hakimiyyətinin təmsilçiləri və Missiya Media Qrupunun nümayəndələri çıxış edərək bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik və tarixi köklərə bağlılıq ruhunda yetişməsində böyük rol oynadığını bildiriblər.

 

https://www.youtube.com/watch?v=th7pbM1wjwY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi