"Kiçik Akademiya"nın üzvlərinin Xəzər Universitetinin texnika mühəndisliyi fakultəsinin tələbələri ilə görüşü

Məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın iş fəaliyyətini gücləndirmək üçün Xəzər Universitetinin mexanika fakultəsinin tələbələri F.Qarayeva, A.Beydullayev, A.Ağayeva, T.Məmməd, G.Əliyeva akademiyanın texniki elmlər üzrə bölməsinin üzvləri ilə görüşdülər. Görüşdə müasir dövrdə suni intelektlərin, 3D printerlərinin yaranması, mexanika mühəndisliyi haqqında təqdimatlar göstərildi. Tədbirdə KA-nın üzvləri fəallıq göstərdilər. KA-nın üzvləri tədqiqat apardıqları sahə ilə bağlı sualları tələbələrə verdilər. Tədbirin sonunda KA-nın rəhbəri Gülər Əmirova əməkdaşlıq üçün Xəzər Universitetinin tələblərinə təşəkkür etdi və bu əməkdaşlığın daima olmasını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi