"Kiçik Akademiya"nın konfransa hazırlıq işləri

Bu gün məktəbimizdə "Kiçik Akademiya"nın may ayında keçiriləcək konfransına hazırllığı ilə bağlı təqdimat nümayişlərinə baxış keçirilib. Şagirdlər öz hazırladıqları layihələr, onların nəticələri, işlərinin məqsədləri haqqında bəhs ediblər. Python və Scratch mühitində Rəqəmsal bacarıqlar fənni üzrə 8B sinif şagirdləri Fatimə Ağayeva, Fatimə Məmmədzadə, 8Ç sinif şagirdi Sevgi Məmmədova, Steam layihəsi üzrə 7A sinif şagirdi Rəvan Səfərov hazırladıqları proqramları təqdim edərək proqramın əhəmiyyətindən, gələcək nəslin inkşafına olan xeyrindən bəhs ediblər. Layihənin elmi rəhbəri Aygün Rəhimova, təlim-tərbiyyə işləri üzrə drektor müavini Lalə  Tağıyeva, məktəbin kimya-biologiya müəllimi, "Kiçik Akademiya"nın tibb və biologiya bölməsinin rəhbəri Gülər Əmirova şagirdlərin işlərini izləyib və onlara uğurlar arzu edib, bəzi tövsiyyələr veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi