"Kiçik Akademiya"nın üzvləri biologiya fənni üzrə hesabatlarını təqdim etdilər

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri KA-nın sədri Gülər Əmirovanın təşkilatçılığı ilə biologiya fənni üzrə hesabatlarını təqdim etdilər. Şagirdlərin maraqlı təqdimatları həm şagirdlər, həm də müəllimlər tərəfindən dinlənildi və təhlil edildi. 9 “C” sinif şagirdləri Əli “Qarabağın flora və faunası”, Fatimə “Qarabağ atları”, Aydan “Kaktus”, Zəhra “İtburnu çiçəyi”, “Çobanyastığı”, 9 “Ç” sinif şagirdi Leyla, 8 “D” sinif şagirdləri Aytac, Aysu, Fidan və Aqil təqdimatlarını  təqdim etdilər. Sonda tədbirdə iştirak edən məktəbin direktoru Vüsalə Məmmədova, direktor müavini Lalə Tağıyeva çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi