“Kiçik Akademiya”nın hesabat tədbirində iştirakımız

Məktəbimizin “Kiçik Akademiya”sının sədri və üzvləri 129 nömrəli məktəbdə keçirilən “Kiçik Akademiya”nın  hesabat tədbirində iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın əsasnaməsi, məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi istedadlı şagirdlərlə bağlı layihələrin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəblərdə “Kiçik Akademiya”nın  fəaliyyətinin təkmilləşdirilməsi üçün gənc alimlərin şagirdlərlə, məktəblərlə əməkdaşlıq etməsi xüsusi əhəmiyyətə malikdir. “Kiçik Akademiya”nın  əsasnaməsinə əsasən görülən işlərin daha da səmərəli təşkil etmək üçün akademiya prezidentlərinə, müəllimlərə, şagirdlərə, valideynlərə tövsiyələrini veriblər. Mexanika-Riyaziyyat institutunun gənc alimləri ilə  məktəbin “Kiçik Akademiya” üzvlərinin sıx əməkdaşlığı üçün şagirdlər instituta dəvət olunublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova “Kiçik Akademiya” ilə bağlı görülən işlər haqqında məlumat verib. Bu istiqamətdə Bakı məktəblərinin əməkdaşlıq etməsini tövsiyə edib.  Sonda şagirdlərin təqdimatı dinlənilib. Onlara motivasiya məqsədi ilə tövsiyələr verilib. Tədbirin keçirilməsində məqsəd  “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdləri yerli və beynəlxalq olimpiadalarda iştirak etməyə sövq etmək, onlarda təqdimetmə bacarığının formalaşdırılması, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək,  AMEA ilə məktəbin  əməkdaşlığının qurulmasıdır. Tədbirdə Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, elmi katib dosent Tamilla Həsənova, Riyazi –fizika tənlikləri şöbəsinin müdiri fizika riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev, dosent Famil Seyfullayev, Gənc alim və mütəxəssislər şurasının  sədri, mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli , Gənc alim və mütəxəssislər şurasının məsul katibi elmi işçi Aytən Mövsümova, şagirdlərin elmi rəhbərləri , şagirdlər, valideynlər, müəllimlər, Nizami rayon məktəblərindən  “Kiçik Akademiya” prezidentləri və 1 istedadlı şagird iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi