Kiçik Akademiyanın növbəti konfransı Keçirildi

İki ildir məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın 12.04.2017-ci il tarixdə növbəti konfransı keçirildi. Konfransda kimya, biologiya, fizika-riyaziyyat fənləri üzrə elmi işlərin son illik hesabatı keçirildi. 11a sinif şagirdi Ağayev Zaur, 9c sinif şagirdi Mustafayev Vəli "Bitki yağlarında biodizelin alınması" mövzusunda elmi iş təqdim etdilər. Elmi rəhbər kimya müəllimi Molanova Dürdanənin rəhbərliyi ilə Aşqarlar İnstitutunun laboratyoriyasında apardıqları təqdimatları və nəticələri slaydlarla nümayiş etdirdilər. Riyaziyyat müəllimi elmi-doktorant Nəsirova Yeganənin rəhbərliyi ilə "Alternativ enerji" mövzusunda 9c sinif şagirdləri Babayeva Gunel Və Əlizadə Sevda tədqiqat işlərini təqdim etdilər. Aktual mövzu olan alternativ enerjinin tapılması üsullarının tədqiqi şagirdlər tərəfindən geniş şəkildə aparılmışdır. Biologiya fənni üzrə tədqiqat aparan 8ç sinif şagirdi Hacıyeva Lamiyə yeyinti məhsullarının tullantılarından belə faydalı iştifadə üsullarını əyani vasitələrlə nümayiş etdirdi. Soğan, alma, qoz, qarpız, xiyar, kartof qabıqlarının və badımcan saplağının faydalarından danışdı. "Təbii dibçək" mövzusunda çıxış edən 8ç sinif şagirdi Nehmətova Aytac portağal qabığından təbii dibçək kimi istifadə edərək güllərin daha yaxşı gübrələndiyi, bəsləndiyini nümayiş etdirdi. 8ç sinif şagirdi Ağakişiyev Məhəmməd "Banan qabığından gübrənin alınması" tədqiqat işində banan qabığındakı vitaminlərin gübrə kimi bitkilərin bəslənməsində faydasından danışdı. Bu üç elmi işin rəhbəri məktəbin biologiya müəllimi Əmirova Gülərdir. 9a sinif şagirdi Hümbətova Fəxriyyə, Əsgərova Aysel və Əhmədova Aksana bu günün aktual mövzusu olan düzgün qidalanmadan danışdılar. Feys-pud yeməklərinin ziyanlarını izah edən şagirdlər onların hansı təbii məhsullarla əvəz edilməsinin mümkünlüyünü nümayiş etdirdilər. Bu işdə isə onlara biologiya müəllimi Şilova Qalina kömək edirdi. Ekspertlər öz fikirlərini bildirdilər. Sonda iştirakçılara fəxri diplomlar verildi. Məktəbin direktoru Bağırova Fəridə xanım Elmi Akademiyanın Fəxri üzvü seçildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi