"Kiçik Akademiya"nın fəaliyyəti

2016-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 21.01.2008-ci il tarixli “Kiçik Akademiya”ların təşkili barədə 63 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə “Kiçik Akademiya” fəaliyyətə başladı. Kiçik Akademiyanın təşkilində əsas məqsəd istedadlı uşaqlarla işlər aparmaq, onlarda tədqiqatçılıq, qabiliyyətinin daha da inkişafına nail olmaqdır. Artıq 4 ildir ki, Kiçik Akademiya fəaliyyəti dövründə kifayət qədər tədqiqat işləri toplanmışdır. Fəallıq göstərən üzvlər yüksək ballarla ali məktəblərə qəbul olmuş, olimpiada, intellektual oyunlarda iştirak etmişlər. “Sabahın alimləri” Respublika müsabiqəsində 2016 və 2017-ci ildə iştirak etmişik. İlk tədqiqat işimiz tibb elminə aid “Diş kariyesinin təbii üsullarla müalicəsi”, II tədqiqat işimiz isə “Məktəblilər arasında internet asılılığı” mövzusu ilə müsabiqədə iştirak etmişik. Kiçik Akademiyada 4 bölmə: humanitar, tibb, texniki və təbiət bölmələri üzrə tədqiqat işləri aparılaraq tədris ilinin sonunda konfrans keçirilir. Konfransda hesabat verən şagirdlər elmi işlərini təqdim edir, görkəmli alimlərlə görüşür və aşağı sinif şagirdlərində də tədqiqatçılığa maraq oyadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi