Kiçik Akademiya

Kiçik Akademiya növbəti rayon konfransı keçirilib22 noyabr 2023-cü il tarixdə 228 saylı Qaradağ Rayonu Kiçik Akademiyalar üzrə mərkəz məktəbdə Qaradağ rayonu Kiçik Akademiyaların növbəti Rayon Konfransı keçirildi. Qaradağ rayon məktəblərinin hər birinin direktoruna, Kiçik Akademiya prezidentlərinə, bölmə rəhbərlərinə və iştirakçı müəllim və akademist şagirdlərinə yüksək səviyyədə təqdimatlarına görə təşəkkür edirik!

Ətraflı

Kiçik Akademiya23 may 2023-cü il tarixdə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı Qaradağ Rayon Konfransı keçirilib.

Ətraflı

Kimya gecəsi"Kiçik Akademiya"da kimya gecəsi 25 yanvar 2023-cü il tarixində məktəb kimya müəllimi, Azərbaycan Texniki Universitetinin Kimya, emal, texnologiya və ekologiya kafedrasının müəllimi, elmi işçi, Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti Zaida Zaidova Qumru müəllimə “Kimya və həyatın sirləri” adlı kimya gecəsi keçirib. Tədbirdə məktəb "Kiçik Akademiya"sının təbiət bölməsinin akademistləri iştirak ediblər. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Şagirdlər müxtəlif kimyəvi reaksiyalar aparıblar. Komandaların işi məktəbin kimya müəllimlərindən ibarət mübsiflər heyəti tərəfindən dəyərləndirilib. 1-ci yerin qalibi məktəbin rus bölməsi üzrə VII i sinif şagirdi Ravendi Ayza, diplom, medal, 50 manat pul mükafatı 2-ci yerin qalibi rus bölməsi üzrə VII i sinif şagirdi Həsənzadə Ayaz diplom, medal 30 manat pul mükafatı ilə 3-cü yerin qalibi məktəbin rus bölməsi üzrə VII i sinif şagirdi Əmirova Nuray diplom, medal, 20 azn pul mükafatı ilə təltifləniblər 11 T Texniki və Təbiət Təmayüllü sinif şagirləri Tahirli Yusif və Əliyev İsmayıl aparıcılıq təqdimatına görə təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. İştirakçılara isə "Sertifikat" və "Təşəkkürnamə"lər təqdim olunub Qalibləri təbrik edirik! Tədbirin təşkilinə görə Qumru müəlliməyə təşəkkür edirik. 25 января 2023 года учитель химии школы, преподаватель кафедры химии, переработки, технологии и экологии Азербайджанского Технического Университета, научный сотрудник Заидова Гюмру провела химический вечер под названием «Химия и тайны жизн». Обладательница 1 места Равенди Айза, ученица 7 класса русского отделения школы, диплом, медаль, денежная премия 50 манатов. Обладательница 2-го места в русской секции, учениk 7-го класса Гасанзаде Аяз получиль диплом, медаль и денежную премию 30 манатов. Обладательница 3-го места Амирова Нурай, ученица 7-го класса русского отделения школы, награждена дипломом, медалью и денежной премией 20 азн

Ətraflı

master-klass təşkil edilib    KA daxilində 18.02.2022- ci il tarixdə 2 "ç" sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Sevil Səmədovanın təşkilatçılığı ilə master-klass təşkil edilib. Şagirdlər dadlı pizza hazırlayıblar. 

Ətraflı

master-klass təşkil edilib    KA daxilində 08.06.2022- ci il tarixdə 3 "b" sinif şagirdlərinin iştirakı və sinif rəhbəri Rəna Beydullayevanın təşkilatçılığı ilə master-klass təşkil edilib. Şagirdlər dadlı pizza hazırlayıblar. Daha sonra isə şagirdlər Şirvanşahlar sarayına və İçərişəhərə ekskursiya ediblər.

Ətraflı

Kiçik Akademiyanın elmi tədqiqat sessiyasının elmi iş mövzuları:22.02.2022-ci il tarixdə Ə.Kazımov adına 228 № li tam orta məktəbdə keçirilən Kiçik Akademiyanın elmi tədqiqat sessiyasının elmi iş mövzuları: ✅Texniki bölmə üzrə 1. 5b Əidərli Sadir Hərəkət edən maşın 2. 6a Bəkirova Ümgülsüm Diffuziyaya aid 3. 6a Qəhrəmanlı Humay Ədədlərin toplanması 4. 7c Məmmədli Ənvər Tozsoran 5. 8a Nuqrazadə Murad Gəmi 6. 8ç Mustafayev Elnur Elektrik mühərrikli maşın ✅Sosial-iqtisadi bölmə üzrə 1. 7b Nəzərli Röyalə Kağız tullantıları 2. 6i Həsənzadə Ayaz Enlightened women of Azerbaijan 3. 8i Məhərrəmova Aslı Music is food for the soul . Enlightened women of Azerbaijan 4. 5i Məmmədova Aişə Enlightened women of Azerbaijan ✅Humanitar bölmə üzrə 1. 5b Həsənova Gülçöhrə Azərbaycanın ziyalı qadınları 2. 8a Əliyeva Mövlanə Musiqi ruhun qidasıdır 3. 8ç Quliyeva Aynur Azərbaycanın ziyalı qadınları 4. 9b Məmmədova Aişə Azərbaycanın ziyalıları

Ətraflı

Kiçik AkademiyaMəktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin akademisti 8 i sinif şagirdi Əsli Məhərrəmova "Enlightened women of Azerbaijan" haqqında təqdimat hazırlayıb.

Ətraflı

Kiçik AkademiyaMəktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin akademisti Məmmədova Aişə Mehriban Əliyeva haqqında təqdimat hazırlayıb.

Ətraflı

Kiçik AkademiyaMəktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin akademisti Həsənzadə Ayaz təqdimat hazırlayıb.

Ətraflı

Kiçik AkademiyaMəktəbin 5"b" sinif şagirdi Əjdərli Sadiq kiçik akademiyanın texniki peşə bölməsindən təqdimat hazırlayıb

Ətraflı

Kiçik AkademiyaMəktəbin 8 ç sinif şagirdi Quliyeva Aynur Kiçik Akademiyanın humanitar bölməsindən "Azərbaycanın ziyalı qadınları" haqqında təqdimat hazırlayıb.

Ətraflı

Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" münasibəti ilə rəsm müsabiqəsi    24 dekabr 2021-ci il tarixdə 228 saylı məktəbin "Kiçik Akademiya"sının "Texniki" bölməsinin akademistlərinin iştirakı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" münasibəti ilə rəsm müsabiqəsi keçirildi.

Ətraflı

Kiçik Akademiya rəhbərlərinin iştirakı ilə konfransQaradağ rayonu məktəbləri arasında "Kiçik Akademiya"lar üzrə regional mərkəz olan Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə rayonun bir neçə məktəbi üzrə KA rəhbərlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın F-103 nömrəli "Kiçik Akademiyaların" fəaliyyətinin gücləndirilməsi barədə əmrindən irəli gələn məsələlər müzakirə olunub. 228 saylı məktəbin direktoru Səkinə Rzayeva məktəbin "Kiçik akademiya" sının prezidenti IX sinif şagirdi Əmiraslanov Zeynal, vitse-prezidentlər Fətullayev Oruc və Rzayev Abdullanı təqdim edib. Məktəbin direktoru Səkinə Rzayeva, KA rəhbərləri, o cümlədən, humanitar bölmə rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Həmidova çıxışlar edib və sualları ətraflı cavablandırıblar.

Ətraflı

Şagirdlərin əl işiMaster klass təşkil edilib. Şagirdlər sevərək pizza hazırlayıblar

Ətraflı

Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi"Kiçik Akademiya" çərçivəsində humanitar sahə üzrə bölmə rəhbəri Səadət Cavadovanın təşkilatçılığı ilə yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən KA-nın üzvləri şeir və hekayələr yazıblar.

Ətraflı

Bilik yarışı keçirildiKiçik Akademiyanın nəzdində Fizika fənni üzrə bölmə rəhbəri Həcər Bayramovanın təşkilatçılığı ilə intellektual yarış keçirilib. Yarışda KA-nın VI-IX siniflər şagirdlərindən üzvləri iştirak ediblər. Yarışda iştirak edən komandalardan "Molekul" komandası digər komandaları geridə qoyaraq liderliyi əldə edib. Yarışın keçirilməsində əsas məqsəd fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.

Ətraflı

"Öyrənək - öyrədək"Kiçik Akademiyanın nəzdində KA-nın riyaziyyat fənni üzrə bölmə rəhbəri Gülarə Qəhrəmanovanın təşkilatçılığı ilə "Öyrənək - öyrədək" mövzusuna həsr olunmuş təqdimat - dərs keçirilib. Şagirdlər müxtəlif mövzularda hazırladıqları təqdimatları və referatları məharətlə nümayiş etdiriblər. Təqdimatda iştirak edən 11 şagird öz hazırladıqları təqdimat və referatlar haqqında məruzlərlə çıxış etdilər. 1. Pirməmmədova Hicran "Faydalı və zərərli bakteriyalar" 2.Səmədova Nərminə "Təbiətin 17 möcüzəsi 3. Mələk Qasımova "Festivallar" 4. Ziya Abdullayev "Dünyda olan ən təhlükəli yerlər" 5. Tahirli Yusif "İnformatika" 6. Əmiraslanov Zeynal "Daşların sirri" 7.Suvarlı Aydan " Azərbaycanın milli geyimləri" 8. Nəzərov Elman " İdman" 9.Gülmalıyev Fərid "Dərman bitkiləri haqqında" 10. Abbaslı Xədicə "İnsan orqanizmi" 11. Əlizadə Fuad "Azərbayacanın milli parkları"

Ətraflı

Uilyam Şekspirin həyat və yaradıcılığı haqqında aparılan araşdırmaları    KA-nın üzvlərinin iştirakı ilə növbəti yaradıcı işlər mövzusuna həsr olunmuş görüş keçirilib. KA-nın üzvləri ingilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirin həyat və yaradıcılığı ətrafında apardıqları araşdırmaları təqdim ediblər. Həm də görüşdə KA-nın üzvləri dahi şairin şerlərindən parçalar söyləyiblər. Daha sonra KA-nın üzvləri tərəfindən tərcümə olunan "Hamlet" əsərinin tərcüməsini müzakirə ediblər. 

Ətraflı

“Cəlil Məmmədquluzadənin 150 illik yubileyi    Məktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində Azərbaycan Respublikası təhsil nazirinin 15.03.2019-cu il tarixli, F-136 nömrəli “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək, Azərbaycan ədəbiyyatının  yeni mərhələyə yüksəlməsində  müstəsna  rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə məktəbin Azərbaycan dili müəllimi Səadət Cavadovanın təşkilatçılığı ilə təqdimat dərs keçirilib.     Şagirdlər tərəfindən Cəlil Məmmədquluzadənin "Anamın kitabı" , "Danabaş kəndinin əhvalatları" , "Çay dəstgahı" əsərləri müzakirə olunub. Şagirdlər "Anamın kitabı" əsərini səhnələşdiriblər. 

Ətraflı

"BİZİM ƏL İŞLƏRİMİZ"    Kiçik Akademiya çərçivəsində kiçik akademiyanın üzvləri Gülzar Hüseynovanın rəhbərliyi ilə kağızlardan qızılgüllər hazırladılar. Məqsəd şagirdlərdə estetik zövqün formalaşdırılması, texnologiya fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini yüksətməkdir.

Ətraflı

KİÇİK AKADEMİYA ÇƏRÇİVƏSİNDƏ TƏCRÜBİ DƏRS "BİZ BUNU BACARIRIQ"Aprelin 16-da məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.1.1.14 ( “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması) bəndinə əsasən VII, IX, XI sinif şagirdlərinin iştirakı ilə məktəbin kimya-biologiya müəllimi Rimma Hüseynova sabunun hazırlanmasına aid praktiki təcrübə dərsi keçdi. Dərs zamanı lazımi miqdarda marqarin yağının və natrium hidroksidin qarışdırılaraq sabunun hazırlanması prosesi aparıldı. Sabun tam bişəndən sonra quruduldu, forma verildi və sona qədər qurudulma prosesi gözlənildi. Şagirdlər aparılan təcrübədən razı qaldılar. Təcrübənin keçirilməsində məqsəd yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığıdır.

Ətraflı

PARÇA ÜZƏRİNDƏ RƏSMLƏRİN TƏSVİRİMəktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akdemiya"nın nəzdində məktəbimizin texnologiya müəllimi Gülzar Hüseynova 6 "i" sinfində parça üzərində rəsmlərin təsvirini işləməyi öyrətdi. Şagirdlər həvəslə işlədilər.

Ətraflı

"KİÇİK AKADEMİYA"Kiçik Akademiyanın yaradılması Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008- ci il , 63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. "Kiçik Akademiya" yaradıcılıq və elmi təqdiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potenisal imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. KA çərçivəsində istedadlı uşaq və gənclərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr toplantılar, elmi -təcrübi konfrans və seminarlar keçirlir. KA - nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarə haqqında” Əsasnamənin 15.6 bəndinə uyğun olaraq məktəbimizdə “Kiçik Akademiya” təsis olundu. Konfransda KA-nın prezidenti, onun müavinləri, bölmə rəhbərləri seçildi və KA-nın loqosu təqdim olundu. KA-nın prezidenti məktəbin ingilis dili müəllimi Nuqrəzadə Cəmilə, müavinləri məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova təyin olundu. Aşağıda adları qeyd olunan müəllimlər KA- nın elmi istiqamətlər üzrə bölmə rəhbərləri seçildi: Humanitar (Səadət Cavadova - Azərbaycan dili və ədəbiyyat) Təbiət( Rimma Hüseynova - Kimya- biologiya ) Fizika (Həcər Bayramova - Fizika) Riyaziyyat ( Gülarə Qəhrəmanova - Riyaziyyat ) Sosial – iqtisadi ( Esmira Zeynalova - İbtidai sinif ) İclasda məktəbin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Məktəbin direktoru çıxış edərək, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”nın müsbət tərəflərindən bəhs etdi.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilib. Məktəb rayonun Sahil qəsəbəsində yerləşir.

Təhsil ocağının 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, b&ou...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Cəbrayıllı Kamal

Yusif Qarayev -

HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilib. Məktəb rayonun Sahil qəsəbəsində yerləşir.

Təhsil ocağının 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, b&ou...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Cəbrayıllı Kamal

Yusif Qarayev -

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi