HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilib. Məktəb rayonun Sahil qəsəbəsində yerləşir.

Təhsil ocağının 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, böyük futbol meydançası, idman zalı mövcuddur.

2012-ci ildə əsaslı təmir olunan məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin  fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır.

Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır.

Təhsil ocağında 1245 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 127 müəllim məşğul olur. Məktəbin inzibati-texniki heyəti 25 nəfərdən ibarətdir.

Təhsil ocağında məktəbəhazırlıq, günüuzadılmış qruplar, dərnəklər də fəaliyyət göstərir.

Ənənəvi təhsillə yanaşı məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi təhsil proqramı (evdə təhsil) və xüsusi sinif fəaliyyət göstərir. Məktəb xüsusi təhsil proqramı (evdə təhsil) üzrə Qaradağ rayonunda mərkəz-məktəb kimi müəyyən olunub.

Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə mütəmadi olaraq şair və yazıçılarla görüşlər keçirilir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir.

Məktəbin kimya, biologiya, fizika, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, informatika, texnologiya, ingilis dili (linqafonlu) kabinetləri, çağırışaqədərki hazırlıq, "Açıq dərs" kabinetləri, idman zalı, akt zalı, bufet şagirdlərin ixtiyarındadır. Bundan başqa, psixoloq, uşaq birliyi rəhbəri, tibb bacısı şagird və müəllimlərimizin xidmətindədir.

Təhsil ocağında şagirdlərin liderlik və yaradıcı təfəkkürünü inkişaf etdirmək məqsədilə yaradılmış “Kiçik Akademiya” fəaliyyət göstərir.

Məktəb beşgünlük iş qrafiki ilə fəaliyyət göstərir.

Əsas hədəfimiz və missiyamız Azərbaycanın inkişafı və daha da qüdrətli bir ölkəyə çevrilməsinə töhvələr verən, vətənpərvər, istedadlı gənclər yetişdirməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi