FƏXRİMİZ

 Əliheydər Əliağa oğlu Kazımov

Əliheydər Əliağa oğlu Kazımov 1963- cü ildə Əlibayramlı şəhərində anadan olub.

1970- ci ildə şəhərdəki orta məktəbin I sinifinə daxil olub, V sinfdən sonra təhsilini Bakının Səbail rayonundakı H.Cavid adına 132 nömrəli orta məktəbdə davam etdirərək VII sinfi bitirib.

Əliheydər Kazımov 1976-1980- ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano şöbəsində oxuyub.

1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 nömrəli orta məktəbdə musiqi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Musiqini dərindən bilən, onu xüsusi bacarıqla tədris edən Əliheydər Kazımov qısa bir zamanda nəinki məktəb kollektivinin, eyni zamanda rayonun pedaqoji ictimaiyyətinin hörmət və ehtiramını qazanıb.

1992-ci il iyunun 4-də digər qəhrəman, qeyrətli Azərbaycan oğulları kimi Əliheydər Kazımov da müharibə bölgələrinə, vətənin müdafiəsinə yollanıb.

1992- ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanan Əliheydər Bakıya gətirilir, lakin həkimlərin səyinə baxmayaraq onu yenidən həyata qaytarmaq mümkün olmur.

1992-ci il iyulun 2-də Əliheydər Kazımov şəhidlik zirvəsinə ucalır.

Ailəli id. Bir oğlu yadigar qalıb.

Hazırda vaxtilə çalışdığı,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəb Əliheydər Kazımovun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi