“Cəlil Məmmədquluzadənin 150 illik yubileyi

    Məktəbdə yaradılmış “Kiçik akademiya”-nın nəzdində Azərbaycan Respublikası təhsil nazirinin 15.03.2019-cu il tarixli, F-136 nömrəli “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək, Azərbaycan ədəbiyyatının  yeni mərhələyə yüksəlməsində  müstəsna  rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə məktəbin Azərbaycan dili müəllimi Səadət Cavadovanın təşkilatçılığı ilə təqdimat dərs keçirilib.     Şagirdlər tərəfindən Cəlil Məmmədquluzadənin "Anamın kitabı" , "Danabaş kəndinin əhvalatları" , "Çay dəstgahı" əsərləri müzakirə olunub. Şagirdlər "Anamın kitabı" əsərini səhnələşdiriblər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi