"KİÇİK AKADEMİYA"

Kiçik Akademiyanın yaradılması Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008- ci il , 63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. "Kiçik Akademiya" yaradıcılıq və elmi təqdiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potenisal imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. KA çərçivəsində istedadlı uşaq və gənclərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr toplantılar, elmi -təcrübi konfrans və seminarlar keçirlir. KA - nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarə haqqında” Əsasnamənin 15.6 bəndinə uyğun olaraq məktəbimizdə “Kiçik Akademiya” təsis olundu. Konfransda KA-nın prezidenti, onun müavinləri, bölmə rəhbərləri seçildi və KA-nın loqosu təqdim olundu. KA-nın prezidenti məktəbin ingilis dili müəllimi Nuqrəzadə Cəmilə, müavinləri məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova təyin olundu. Aşağıda adları qeyd olunan müəllimlər KA- nın elmi istiqamətlər üzrə bölmə rəhbərləri seçildi: Humanitar (Səadət Cavadova - Azərbaycan dili və ədəbiyyat) Təbiət( Rimma Hüseynova - Kimya- biologiya ) Fizika (Həcər Bayramova - Fizika) Riyaziyyat ( Gülarə Qəhrəmanova - Riyaziyyat ) Sosial – iqtisadi ( Esmira Zeynalova - İbtidai sinif ) İclasda məktəbin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Məktəbin direktoru çıxış edərək, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”nın müsbət tərəflərindən bəhs etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi