Kiçik Akademiya rəhbərlərinin iştirakı ilə konfrans

Qaradağ rayonu məktəbləri arasında "Kiçik Akademiya"lar üzrə regional mərkəz olan Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə rayonun bir neçə məktəbi üzrə KA rəhbərlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın F-103 nömrəli "Kiçik Akademiyaların" fəaliyyətinin gücləndirilməsi barədə əmrindən irəli gələn məsələlər müzakirə olunub. 228 saylı məktəbin direktoru Səkinə Rzayeva məktəbin "Kiçik akademiya" sının prezidenti IX sinif şagirdi Əmiraslanov Zeynal, vitse-prezidentlər Fətullayev Oruc və Rzayev Abdullanı təqdim edib. Məktəbin direktoru Səkinə Rzayeva, KA rəhbərləri, o cümlədən, humanitar bölmə rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Həmidova çıxışlar edib və sualları ətraflı cavablandırıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi