Şirinli Nəcməddin Elşən oğlu 6b sinif şagirdiAzərbaycan Respublikası "Kyokuşinkaykan" kontakt karate Federasiyasının keçirdiyi 20 yanavar şəhidlərinin xatirəsinə həsr olunmuş Respubilka Turnirində II yerə layiq görülmüş, bir çox idman yarışlarında iştirak etmişdir. 4 medalı var.2-si gümüş, 2-si bürünc. Həmçinin futbolla da məşğul olur. 2012-2013-cü ildə Bakı Futbol Federasiyasının VIII "Sabahın ulduzları" Bakı çempionatında iştirak edib və II yerə layiq görülmüşdür. 2002-2003-cü il təvəllüdlü futbolçular arasında VIII "Sabahın ulduzları" Bakı çempionatının ikinci mərhələsi 7-14-cü yerlər uğrunda münsiflər heyətinin qərarı ilə V turun nəticələrinə görə Bakı Futbol Federasiyasının təsis etdiyi "Turun ulduzu" mükafatına layiq görülmüşdür.
Fərziyev Fərid Fəxrəddin oğlu 6b sinif şagirdiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdarəsinin "Xocalı soyqırımı"nın 23-cü ildönümünə həsr olunmuş Cudo idman növü üzrə yarışda I yerə layiq görülüb, həmçinin bir çox idman yarışlarında I, II,III yerlərlə təltif olunub. 6 medalı var. 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc
Yusifli Xəyyam Nail oğlu 8b sinif şagirdi2005-ci ildən idmanın karate növü ilə məşğul olur. Dəfələrlə I yerin sahibi olmuşdur. Xarici dövlətlərdə yarışlarda iştirak edib I və II yerlərə layiq görülüb, 2015-ci ildə isə "qara kəmər" "1 dan" a layiq görülmüşdür.