Nailiyyətlərimiz

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi16 may tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri İmadəddin Nasiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. “Həq mənəm, həq məndədir, həq söylərəm” adlı müsabiqədə məktəbi IX “C” sinif şagirdi Adıgözəlova Nəzirə təmsil edib. A.Nəzirəni çıxış boyunca V “C” sinif şagirdi M.Şəhriyar tarda müşayiət edib. İfa münsiflər heyəti tərəfindən bəyənilib və qiymətləndirilib. Şagird Nizami rayon ümumtəhsil məktəbliləri arasında II yerə layiq görülərək, diplomla mükafatlandırılıb.

Şahmat idman yarışı üzrə qalibiyyətNizami rayon ümumtəhsil məktəbliləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş idman yarışı keçirilib. Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan yarış şahmat idman növü üzrə olub. 24 məktəb arasında təşkil olunan yarışda məktəbin 10 “A” sinif şagirdi Fateh Əliyev II yerə layiq görülüb. Digər məktəbliləri-rəqiblərini geridə qoyaraq qalib olan Fateh Əliyev təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Atletika üzrə qalibiyyətMəktəbin 10 “A” sinif şagirdi Hüseynova Ləman Atletika idman növü üzrə beynəlxalq və ölkədaxili yarışlarda dəfələrlə qalibiyyət qazanıb. Onun növbəti uğurlarından biri də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Atletika üzrə 2002-2003-cü illər arasında Azərbaycan birinciliyndə uzununa tullanmaya görə III yerə, qaçış üzrə isə 60 metrlik məsafəni 8,45 saniyəyə qət edərək II yerə layiq görülmüşdür.

HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük...

BİZİM FƏXRLƏRİMİZ

Anar Piriyev Nədamət

Zülfiyyə Tahirzadə Cümşüd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi