Kiçik Akademiya

"Breyn-ring" intellektual bilik yarışıMartın 3-də Nizami rayon ümumtəhsil məktəblərinin "Kiçik Akademiya" üzvləri arasında Ümummilli Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Breyn-ring" intellektual bilik yarışında məktəbin IX"D" sinif şagirdi, məktəbin "Kiçik Akademiya" üzvü Abdullazadə Fuad Şöhrət oğlu da iştirak edib. Komandalar arasında təşkil olunan bilik yarışında A.Fuadın təmsil etdiyi "Zəfər" komandası III yerə layiq görülüb. Bilik yarışının sonunda qaliblər "Diplom"la mükafatlandırılıblar.

Ətraflı

Kiçik Akademiya üzvlərinin layihələrdə uğurlu iştirakıKiçik Akademiyanın üzvləri layihələrdə uğurla iştirak edirlər. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərəfindən keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinə məktəbin XI"B" sinif şagirdi, eyni zamanda Kiçik Akademiyanın prezidenti Sevinc Hüseynzadə də qatılıb. Sevinc Hüseynzadə müsabiqədə uğurla iştirak etmiş, final mərhələsinə yüksəlmişdir. Qeyd edək ki, müsabiqənin şərtinə görə şagirdin ingilis dilində özünüifadə bacarığı olmalıdır.

Ətraflı

Şah Abbas məscidi haqqındaHumanitar bölmənin üzvləri yığılaraq layihələrini müzakirə etmiş və iş bölgüsü aparmışlar. Üzvlər Keşlə qəsəbəsində yerləşən XVI əsrə aid olan Şah Abbas məscidinin tarixi haqqında araşdırmalarına davam edərkən, yerli sakinlərlə də görüşlər keçirmiş, məlumatlar toplamışlar. Humanitar bölmənin şagirdlərinə bu layihələrini həyata keçirtməkdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva və tarix müəllimi Nazilə Musayeva yaxından kömək edir. Yığılmış məlumatlar gözdən keçirilib, müzakirələr aparılıb, yeni istiqamətlər müəyyənləşdirilib.

Ətraflı

Ulu Öndər Heydər Əliyevin həyatı gənclərə örnəkdir12 dekabrda məktəbdə “Ulu Öndər Heydər Əliyevin həyatı gəncliyə örnəkdir” adlı akademik seminar təşkil olunub. Seminar “Kiçik Akademiya” üzvlərinin iştirakı ilə keçirilib. Məktəbin tarix müəllimi N.Musayeva seminarda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman ehtiramla yad edir. ​ Təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva, "Kiçik Akademiya"nın rəhbəri Yeganə Abdulkərimova, fəal üzvü XI”B” sinif şagirdi S.Hüseynzadənin çıxışlarında qeyd olunub ki, bu gün gənclərə ən gözəl örnək Ümummilli Liderimiz Heydər Əliyevin həyatıdır. Diskussiya şəklində keçən seminarda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda vurğulanıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Xalqını dərin məhəbbətlə sevən, müstəqilliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.

Ətraflı

“Kiçik Akademiya”nın iclası2022-2023-cü tədris ilində “Kiçik Akademiya” nın ilk iclası keçirilib. İclasın məqsədi yeni tədris ilində görüləcək işləri müəyyənləşdirməkdən ibarət olub. İlk əvvəl “Kiçik Akademiya”nın tərkibi müəyyənləşdirilib. “Kiçik Akademiya”nın əksər üzvləri ötən tədris ilində məzun olduğu üçün yeni şagirdlərin üzvlüyü verilib və qəbul edilib. “Kiçik Akademiya” fəaliyyətini cari tədris ilində də “Humanitar” və “Texniki” olmaqla iki istiqamətdə aparır. Humanitar bölmənin şagirdləri məktəbin yerləşdıyi ərazidə- Keşlə qəsəbəsində XVI əsrə aid olan Şah Abbas məscidinin tarixi haqqında araşdırmalar aparmağa qərar veriblər. Onlar hazırlayacaqları referatları ingilis dilinə də tərcümə edərək, sosial şəbəkələrdə yaymaqla, tarixi abidəni daha da çox insana tanıtdırmaq arzusundadırlar. Texniki bölmənin şagirdləri sosial layihə üzərində işləməyə qərar veriblər. Şagirdlər plastik tullantıların təbiətə verdiyi zərərləri araşdırmaq və bu zərərləri minimuma endirməyin yollarını tapmağa çalışacaqlar.

Ətraflı

“Qarabağın tarixi-mədəni abidələri” adlı təqdimat“Qarabağın tarixi-mədəni abidələri” adlı təqdimatı X “B” sinif şagirdi, “Kiçik Akademiya”nın prezidenti Sevinc Hüseynzadə həm ana dilində, həm də ingilis dilində hazırlayıb nümayiş etdirmişdir.

Ətraflı

"Şuşa" təqdimatı ingilis dilindəTəqdimatı “Kiçik Akademiya”nın üzvü X “B” sinif şagirdi İzzətzadə Sürəyya hazırlayıb nümayiş etdirmişdir.

Ətraflı

Kəlbəcər-İstisu təqdimatıTəqdimatı “Kiçik Akademiya”nın üzvü IX “Ç” sinif şagirdi Abdullayeva Aysel hazırlayıb nümayiş etdirmişdir.

Ətraflı

Tərcüməçilik fəaliyyəti“Kiçik Akademiya”nın üzvləri Məzun yarmarkasında könüllü kimi iştirak etmişlər. Tədbirə qatılan iştirakçılar ingilis dili yaxşı bildikləri üçün qarşılama və tərcüməçi olaraq fəaliyyət göstərmişlər.

Ətraflı

Digər məktəblilərlə əməkdaşlıq“Azərbaycan Qadını Elmdə” təşkilatı və “Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” tərəfdaşlığı nəticəsində 13-18 yaşlı məktəbli qızlar üçün nəzərdə tutulmuş “Fantastik Dördlük” adlı təhsil layihəsinin aktiv gənc məktəbli səfirləri qismində “Kiçik Akademiya”nın prezidenti Sevinc Hüseynzadə iştirak etmişdir.

Ətraflı

"Kiçik Akademiya" üzvləri təlimlərdə“Kiçik Akademiya”nın prezidenti 10 “B” sinif şagirdi Hüseynzadə Sevinc layihələrə qatılaraq, aktiv iştirak edir, üzvləri də həmin layihələrə cəlb edir. “Kiçik Akademiya”nın üzvləri müxtəlif intellektual yarışlarda, viktorinalarda, layihələrdə iştirak edir, qazandıqları təcrübələri sinif yoldaşları ilə bölüşürlər.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyətiMəktəbimizdə “Kiçik Akademiya” 2019/2020-ci tədris ilindən 2 bölmə: humanitar və texniki bölmələr üzrə fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarətdir. “Kiçik Akademiya”nın üzvləri xüsusi istedad və bacarıqları ilə yanaşı, məktəbdə nümunəvi davranışları ilə də seçilirlər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini M.İlhamə, fizika müəllimi A.Yeganə, biologiya müəllimi Ə.Leyla, kimya müəllimi N.Zöhrə, tarix müəllimi M.Nazilə ilə birgə şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçərək, il ərzində “Kiçik Akademiya” ya cəlb etmiş, onlara müxtəlif humanitar və texniki bölmələr üzrə müvafiq tapşırıqlar, elmi-tətqiqat işləri verməklə onların qabiliyyətinin formalaşmasına çalışmışlar. Tədris ilinin əvvəlində müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tədqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Cari tədris ilində “Kiçik Akademiya”nın fəaliyyəti əsasən, Qarabağ istiqamətində quruldu. Humanitar bölməyə Qarabağın tarixi-mədəni abidələrinin araşdırılması və tanıdılması, texniki bölməyə isə Kəlbəcərdə yerləşən müalicəvi İstisunun kimyəvi tərkibi, insan orqanizminə olan faydaları haqqında araşdırmalar həvalə edilmişdir. Texniki bölmənin bir qrupu isə Kəlbəcərdə yerləşən qızıl yataqları və yeraltı süxurlar haqqında araşdırmalar aparmışlar. Təqdimat və araşdırmalar ixtisas müəllimləri tərəfindən dinlənilmiş, qaliblər mükafatlandırılmışdır. Kiçik Akademiyanın prezidenti 10 “B” sinif şagirdi Hüseynzadə Sevinc müxtəlif layihələrə qatılaraq, aktiv iştirak edir, üzvləri də həmin layihələrə cəlb edir. Müxtəlif intellektual yarışlarda, viktorinalarda, layihələrdə iştirak edirlər.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyətiAzərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 21.01.2008-ci il tarixli “Kiçik Akademiya”ların təşkili barədə 63 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə 2020-ci il tarixdən “Kiçik Akademiya” yaradıldı. “Kiçik Akademiya” nın ən ümdə vəzifəsi fəaliyyəti dövründə istedadlı uşaqları aşkarlamaq, onlarda tədqiqatçılıq və yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Kiçik Akademiya 2 bölmə: humanitar və texniki bölmələr üzrə fəaliyyətə başlayıb. Kiçik Akademiyanın ilk iclasında üzvlərin seçimi ilə prezidenti 9 “B” sinif şagirdi Hüseynzadə Sevinc, I vitse-prezidenti 10 “B” sinif şagirdi Əlizadə Xəyal, II vitse-prezidenti isə 9”B” sinif şagirdi Alıyeva Səkinə seçilib. Digər üzvlər də məktəbin müxtəlif siniflərindən olan istedadlı şagirdləridir.

Ətraflı
HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük...

BİZİM FƏXRLƏRİMİZ

Anar Piriyev Nədamət

Bəxtiyar Pirizdə İmamverdi

HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük...

BİZİM FƏXRLƏRİMİZ

Anar Piriyev Nədamət

Bəxtiyar Pirizdə İmamverdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi