Nailiyyətlərimiz

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri FərmanıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin təltif edilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır. Azərbaycan Respublikası Təhsil nazirinin 05.10.2021-ci il tarixli K- 1263 nömrəli əmrinə əsasən təhsil işçiləri təltif edilib. Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbimizin riyaziyyat-informatika müəllimi Nəsibova Lətafət "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.

Beynəlxalq Payız Musiqi Festivalında qalibiyyətRəşid Behbudov adına Dövlət Mahnı Teatrı-da 11 noyabr tarixində Beynəlxalq Payız Musiqi Festivalı keçirilib. Festivalda məktəbin 6 “C” sinif şagirdi Axundzadə Şəhriyar tarda ifa etmiş və münsiflər heyəti tərəfindən bəyənilərək, II yerə layiq görülmüşdür. Şagird diplom və medalla mükafatlandırılmışdır.

“Milli qəhramanlarımızı tanıyıb yaşadaq” müsabiqəsiMəktəbin 11”B” sinif şagirdi Əlizadə Aydan Əsəd qızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gənclərin “Tənhalara dayaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli qəhramanlarımızı tanıyıb yaşadaq” mövzusunda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsi layihəsi çərçivəsində təşkil olunan tədbirdə Nizami rayon ümumtəhsil məktəbliləri arasında 1-ci yerə layiq görülmüşdür. Nizami rayonu ümumtəhsil məktəblərini şəhər turunda da Ə.Aydan fəallıqla təmsil etmiş və sertifikatla mükafatlandırılmışdır. Mükafatlanma mərasimi Gənclərin “Tənhalara dayaq” İctimai Birliyinin təşkilatçılığı 7 iyun tarixində keçirilmişdir.

HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük...

BİZİM FƏXRLƏRİMİZ

Bəxtiyar Pirizdə İmamverdi

Firuzə Dadaşova İbrahim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi