HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük Vətən Müharibəsi illərində hospital kimi fəaliyyət göstərmişdir. Sonradan arakəsmələr vasitəsilə sinif otaqlarına çevrilmiş, məktəb kimi fəaliyyətə başlamışdır. Əsas bina 430 yerlikdir. 2005 və 2007-ci ildə hər biri 200 yerlik olmaqla, əlavə iki korpus tikilmiş və istifadəyə verilmişdir.

 Məktəb 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.

   Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları bütün lazımi dərs vəsaitləri və avadanlıqlarla təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblərə cavab verir. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. 12.09.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin şəxsi iştirakı ilə məktəbin açılışı olmuşdur.  

  Məktəb 5 günlük iş rejimində fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1287 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur. Eyni zamanda, məktəbdə 27 texniki işçi çalışır.

  Hər il məktəbin şagirdləri müxtəlif müsabiqələr, fənn olimpiadaları, intellektual yarışlar, hərbi - idman və idman yarışlarında iştirak edərək, müxtəlif nailiyyətlər əldə edirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi