Nailiyyətlərimiz

2013/2014-cü tədris ilinin məzunuPiriyev Anar ALİ Neft Məktəbi Prosessorların Avtomatlaşdırılması Sitat: Çox şey öyrənə bilməyin sirri əvvəlcə az şey öyrənməkdən başlayır.

2013/2014-cü tədris ilinin məzunuKərimov Alişan Azərbaycan Dövlət Gömrük Akademiyası Sitat: İstədim və nail oldum, siz də ürəkdən arzulayın ki, arzunuza çatasınız.

Yaradıcı xanımMəktəbimizin ana dili və ədəbiyyat müəllimi Nabat Abbasqızı Məmmədova ədəbi yaradıcılıqla məşğuldur. Onun şeirləri və publistik məqalələri “ Zaman “, “Vətəndaş həmrəyliyi”, “ Azərbaycan uğrunda “, “ Ulu körpü “, ” Poliqlot “ ,”Tələbə dünyası “,” Vedibasar” qəzetlərində, ” Sevgi “ jurnalında nəşr olunmuşdur. 2004-cü ildə ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş irimiqyaslı ( 1500 nəfərdən artıq adamın qatıldığı ) şeir müsabiqəsinə qatılmış və “ Baba Heydərin “ adlı şeiri bəyənilərək “ Ürəklərdə ucalan abidə “ kitabına daxil edilmişdir. 2005-ci ildə “ Ülvi “ ədəbi məclisinin tərtib etdiyi “ Söz çələngi “ adlı almanaxada da Nabat Uluxanlıya məxsus şeirlər yer almışdır. 2009-cu ildə AYB-nin üzvi,görkəmli şair Əli Vəkilin redaktorluğu ilə “ Ədəbi İrəvan – 2009 “almanaxında Nabat xanımın şeirləri nər olunmuşdur. 2009-cu ildə vətənərvərlik mövzusunda keçirilən daha bir müsabiqəyə qatıldı.Öz şeirləri ilə fərqləndiyinə görə Vedibasar qəzetinin “ Ağrı dağı “ Fəxri Diplomuna layiq görüldü. Azərbaycan Dövlət Radiosu Nabat Uluxanlının ədəbi yaradıcılığına həsr olunmuş sisilə verilişlər hazırlayaraq efirdə səsləndirmiş,şeirləri bədii qiraəti və ecazkar səsi ilə hamını məftun edən direktorumuz Eldost Bayramın təqdimatında dinləyicilərə çatdırılmışdır. Nabat Abbasqızı bədii tərcümə ilə də məşğul olmuş,rus dilindən bir sıra tərcümələr etmişdir. A.S.Puşkin,M.Y.Lermantov,K.Simanov, S.Esenin , Nekrasov, A.Fet və başqalarının şeirləri Nabat xanım tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Nabat Uluxanlı dahi yazıçı Mirzə Cəlilin “ Qələmin ən müqəddəs vəzifəsi sözündüzünü yazmaqdır “ fikrini özünə bir leymotiv kimi qəbul edərək öz ədəbi yaradıcılığını bu gün də davam etdirir..........

HAQQIMIZDA

   Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük...

BİZİM FƏXRLƏRİMİZ

Bəxtiyar Pirizdə İmamverdi

Firuzə Dadaşova İbrahim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi