PİSA beynəlxalq qiymətləndirmə təşkil olundu

18.10.2024-cü il tarixində məktəbimizdə PİSA beynəlxalq qiymətləndirmə təşkil olundu.

Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.

PISA-nın ümumi məqsədi ölkələrin təhsil səviyyəsini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verməkdir. “Məktəblər üçün PISA” tədqiqatı isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrı-ayrılıqda dəyərləndirir. Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi