18 oktyabr "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib.

16 oktyabr 2024-cü il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, uşaq birliyi təşkilatı rəhbəri Tural Cəmilovun rəhbərliyi və musiqi müəllimi Tərlan Mirzəyevanın təşkilatçılığı ilə “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxışında Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının siyasi baxışlarının Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra tədbir şagirdlərin hazırladıqları şeir, rəqs, musiqi nömrələri ilə davam edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi