Beşinci siniflərin valideynləri ilə görüş

Məktəbin  psixoloqu Gülnarə Cəbrayılova V  siniflərin  orta  təhsil pilləsinə adaptasiya  prosesinə  kömək  məqsədi  ilə  onlarla söhbət  etdi.Valideynlərə izah olundu ki, yeniyetmələrin  həyatında baş  verən  ən  mühüm  dəyişiklik  onların ibtidai təhsil səviyyəsindən ümumi orta təhsil səviyyəsinə keçməsindən  ibarətdir.Tədris  artıq  ibtidai  sinifdə  olduğu  kimi  bir  müəllim  tərəfindən  deyil, bir neçə fənn müəllimi  tərəfindən  həyata  keçirilir. Psixoloq  bildirdi ki, orta  siniflərdə  yeniyetmələr  artıq  öz  davranış  və  fəaliyyətini  müstəqil  təşkil  etməli, özlərinə  nəzarət  etməyi  bacarmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi