"NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 100 İLLİK YUBİLEYİ" ilə əlaqədar silsilə tədbirlər davam edir
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq 18.12.2024-cü il tarixində məktəbin coğrafiya müəllimi İmran Şabanovun təşkilatçılığı ilə Naxçıvanın coğrafiyası mövzusunda “dəyirmi masa” keçirildi.