Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin əsası 1974 -cü ildə qoyulmuşdur .Məktəb 2006-2007 - ci tədris ilinədək əsas təhsil məktəbi kimi fəaliyyət göstərmişdir. 2007-2008 - ci tədris ilindən məktəbə orta məktəb statusu verilmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı sayəsində,ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1176 yerlik yeni məktəb binası 15 sentyabr 2007 - cil ildə istifadəyə verilmişdir. Hazırda məktəbdə 159 nəfər müəllim (rəhbər işçilər istisna olmaqla ) çalışır .Onlardan 145 nəfəri tam ştatda olan , 14 nəfəri isə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərdir. Məktəbin şagird kontingenti 4126 nəfər şagirddən ibarətdir :I-IV siniflərdə 1774 nəfər ,V-IX siniflərdə 1931 nəfər ,X-XI siniflərdə isə 249 nəfər şagird təhsil alır .Məktəb 5 günlük ,ikinövbəli iş rejimi ilə fəaliyyət göstərir. Son illərdə məktəbin məzunlarının ali məktəblərə qəbul göstəriciləri artmışdır.
Rəşid Hacağa oğlu Baxışov 1968-ci ildə Kəlbəcər rayonunun Bəylik kəndində anadan olmuş, uşaq vaxtından ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1990-cı ildə Bakı Sənaye-Pedaqoji texnikumuna daxil olmuşdur. 1992-ci ilin may ayında könüllü olaraq Laçın cəbhəsinə yola düşmüşdür.
Avqust ayının 4-də evə buraxılsa da sabahı döyüş olacağını bilib səngəri tərk etməyib. Avqustun 5-i səhər tezdən başlayan şiddətli döyüşdə dostu Etibarın meyidini döyüş xəttindən çıxarmaq üçün ona yaxınlaşıb. Dostları Sarvanla Camal da köməyə gəliblər. Onları izləyən düşmən snayperinin gülləsi hər üçünü qanına qəltan eləyib. İndi də dörd dost Şəhidlər xiyabanında dörd məzarda yanaşı uyuyurlar.