Məktəbdə fəaliyyət göstərən "KİÇİK AKADEMİYA" barədə ümumi məlumat1.Məktəbdə 2017-ci ildə yaradılan “Kiçik Akademiya”nın fəaliyyətinə 2018-ci ildə yetərincə diqqət yetirilməmişdir. 6 fevral 2019-cu il tarixindən yenidən fəaliyyəti canlandırılmışdır.
2.Yenidən formalaşdırılan “Kiçik Akademiya”nın aşağıdakı bölmələri yaradılmış və onlara rəhbərlik adları qeyd olunan müəllimlərə həvalə olunmuşdur.
1) “Sözün sehri” – bədii qiraət və yaradıcılıq qrupu (rəhbər: Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Əliyeva);
2) “Odlar Yurdu” – tarix, coğrafiya qrupu (rəhbər: tarix müəllimi Taliyə Quliyeva);
3) “Gənc istedadlar” – texniki fənlər qrupu (rəhbər: Elza Cəfərova);
4) “Sehrli fırça” – rəsm qrupu (rəhbər: rəsm müəllimi Leyla Adışova);
5) “Buta” - əl işləri qrupu (rəhbər: texnologiya müəllimi Həqiqət Dədəcanova )
1. Bədii qiraət və yaradıcılıq qrupu olan “Sözün sehri” bir çox əsərləri həm sinifdaxili, həm də məktəbdaxili tədbirlərdə səhnələşdirmiş, həmçinin məktəbdə təşkil olunan “Novruz Bayramı”, “Respublika Günü”, “Beynəlxalq Ana Dili Günü” və digər tədbirlərdə öz çıxışlarını təqdim etmişlər. Bununla yanaşı “Nəsimi İli” ilə əlaqədar “divar qəzet”ləri hazırlamışlar.
2.Tarix, coğrafiya qrupu olan “Odlar Yurdu”nun rəhbəri Taliyə Quliyeva qrup üzvləri ilə birgə “31 Mart – Soyqırım günü” ilə bağlı həm “Dəyirmi masa” təşkil etmiş, həm də “divar qəzeti” hazırlamışdır. Bununla yanaşı mütəmadi olaraq şagirdlərlə tarixi günlərə aid maarifləndirici söhbətlər aparmışdır.
3. “Gənc istedadlar” qrupunun bioloqları üçün “Dendra Park”a ekskursiyası təşkil olunmuş,həmin ərazinin florası ilə yaxından tanış olmuşlar. Həmçinin orada şagirdlər arasında “debat” şəklində bilik yarışı keçirilmişdir.
Qrupun digər iştirakçıları da “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nda iştirak etmiş və final mərhələsinə qədər yüksəlmişlər. Fərqlənən şagirdlər Tərifnamə ilə təltif olunmuşlar.
4. Rəsm qrupu olan “Sehrli fırça” Leyla Adışovanın rəhbərliyi altında xüsusi istedadlı şagirdlər tərəfindən yaradılmışdır. Bu qrup təsis edildiyi dövrdən mütəmadi olaraq müxtəlif mözularda rəsm sərgiləri təşkil etmişdir. Fərqlənən şagirdlər Tərifnamə ilə təltif olunmuş, həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışlar.
5.Əl işləri qrupu olan “Buta” da öz növbəsində əl işlərindən ibarət sərgi təşkil etmiş və fərqlənən şagirdlər Tərifnamə ilə təltif olunmuşlar.
Ətraflı