28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib

28.04.2025-ci il tarixində məktəb üzrə Həmkərlar İttifaqı Komitəsinin təşkilatşılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov bildirib ki, Ümumdünya Əməyin Mühafizəsi Gününün qeyd edilməsi 1989-cu ilə təsadüf edir. Həmin tarixdən etibarən Amerika və Kanada zəhmətkeşləri istehsalatda ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olan işçiləri anmağa başlayıblar. Bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb.
“28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü” hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edilib. Məktəb üzrə Həmkarlar təşkilatının sədri Etibar Şəmmədov bildirib ki, Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmçinin tədbir zamanı videoçarx nümayiş etdirilib.
Daha sonra işçiləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıldı və xatirə şəkilləri çəkdirildi.