ŞƏHİDİN DOĞUM GÜNÜ TƏHSİL ALDIĞI MƏKTƏBDƏ QEYD OLUNDU

23.04.2025-ci il tarixində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məktəbin məzunu Həsənağa Bəhruz oğlu Şirvaninin 23-cü doğum günü qeyd edildi.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şəhidin ailə üzvləri, Xəzər rayon Gənclər evinin direktoru şəhidin bacısı Şirvani Pərvin xanım iştirak edirdilər.

Öncə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edənlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirdilər.

Tədbirdə Şəhidə həsr olunmuş videoçarx izlənildi.

Daha sonra şagirdlər tərəfindən şəhidlərimizə, vətənə, qələbəyə həsr olunan şeirlər və musiqilər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi