BULLİNQ NƏDİR
Məktəbin psixoloqu Gülnarə Cəbrayılova və UBR Tural Cəmilov məktəbdə bullinq hallarının müəyyənləşdirilməsi məqsədilə psixodiaqnostik işlərə başlayıb.
Bullinq nədir?
Bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.
Kiber bullinq – Statistika müasir dörümüzdə bu növ zorakılğın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
Fiziki bullinq – Bu bütün cəmiyyətlərin ən ciddi problemidir. Yalnız qurbana deyil, eyni zamanda digər şagirdlərə də təsir göstərir. Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.
Şifahi bullinq – Şəxsi qorxutmaq, sözlərlə alçaltmaq, adına ləəəkə yaxmaq şifahi bullinq sayılır.
Sosial bullinq – Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir.
Pxisoloji bullinq – Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir.
Belə ki, valideynlər, müəllimlər və şagirdlərə zorakılığın zərərverici olduğu barədə maarifləndirmə işləri aparmaq, intihar riski olan uşaqlara kömək etmək nəzərdə tutulan vacib iş istiqamətlərindəndir.