TƏLƏBƏ TƏHSİL KREDİTİ - MAARİFLƏNDİRİCİ GÖRÜŞ

    09 aprel 2024-cü il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) məktəbimizin valideyn və şagirdləri ilə maarifləndirici görüş keçirdi.

    İlk olaraq bildirildi ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir.

    TTKF-in nümayəndəsi çıxışında fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirdi. Qeyd etdi ki, bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.

    Daha sonra tədbir iştirakçılarının tələbə kreditləri barədə təklifləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi