“REPRODUKTİV SAĞLAMLIQ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ GÖRÜŞ

    18 aprel 2024-cü il tarixində müəllim Günel Bağırovanın təşkilatçılığı və VIII-IX sinif şagirdlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş keçirildi.

    Görüşün keçirilməsinin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

    Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Bildirildi ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.

    Tədbirin sonunda videoçarx nümayiş etdirildi və şagirdlərin sualları cavablandırıldı.

#reproduktivsaglamlıq

#məktəb216

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi