ERKƏN NİKAHA YOX DEYƏK!

    18 aprel 2024-cü il tarixində sosial pedaqoq Yeganə Nəcəfquliyevanın təşkilatçılığı və VIII-IX sinif şagirdlərinin iştirakı ilə “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirildi.

    Erkən nikahın ağır fəsadlar törətdiyinə müxtəlif həyati misallarla aydınlıq gətirən sosial pedaqoq məktəblilərə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verdi. Bildirildi ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına da gətirib çıxarır.

    Sonda mövzu ilə bağlı slayd nümayiş olundu, şagirdlərin sualları cavablandırıldı.

#məktəb216

#fəalməktəb

#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi