PEDAQOJİ ŞURA

    02 may 2024-cü il tarixində pedaqoji şuranın növbəti iclası keçirildi.

    IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş iclasda direktor Səidə Rəhimova tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, məktəbin perspektiv fəaliyyət istiqamətlərindən və təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etdi.

    Daha sonra görüşdə buraxılış imtahanlarında qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin aydınlaşdırılması və perspektiv planların tərtib edilməsi ilə bağlı müvafiq tapşırıqlar verildi.

    İclasın sonunda müəllimlərin iştirakı ilə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı, müəyyən təkliflər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi